ABŞ Dövlət Departamenti: Bundan sonra “Turkey” yox, “Türkiye” ifadəsi işlədiləcək
    • 6-01-2023, 10:37
    • 211

ABŞ Dövlət Departamenti: Bundan sonra “Turkey” yox, “Türkiye” ifadəsi işlədiləcək

Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün bir çox addımlar atan Türkiyənin səyləri ABŞ tərəfindən yüksək qiymətləndirilib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.

Prays ABŞ Dövlət Departamentinin bundan sonra rəsmi yazışmalarda “Türkiye” ifadəsindən istifadə edəcəyini açıqlayıb: “Türkiyə konstruktiv oyunçu olub, dialoq və mənalı diplomatiyanı inkişaf etdirməyə çalışıb”.

O əlavə edib ki, bu qərar Türkiyənin Vaşinqtondakı səfirliyinin müraciətindən sonra verilib.