Sumqayıtda ev, Mingəçevirdə maşın yandı
    • 9-01-2023, 14:27
    • 145

Sumqayıtda ev, Mingəçevirdə maşın yandı

Sumqayıt şəhərinin Corat qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

News24.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. 

Mingəçevir şəhərində isə "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri qismən yanıb. Avtomobil yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.