Bakıda 18 qadın və 7 kişi xəsarət alıb
    • 9-01-2023, 19:40
    • 162

Bakıda 18 qadın və 7 kişi xəsarət alıb

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub. Onlardan 18-i qadın, 7-si kişidir.

TƏBİB-dən News24.az-a bildirilib ki, müraciətlər, əsasən, diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.

Onların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.