Lalə Məmmədovaya ağır İTKİ
    • 10-01-2023, 16:22
    • 454

Lalə Məmmədovaya ağır İTKİ

Əməkdar artist Lalə Məmmədovaya ağır itki olub.

News24.az
xəbər verir ki, məşhur müğənninin atası Nadir Məmmədov vəfat edib. 

Qeyd edək ki, N. Məmmədov altsheymer xəstəliyindən əziyyət çəkirdi. Onun yaddaş pozuntusu son üç ildə daha da kəskinləşmişdi. 

Əməkdar artistin atası1982-ci ildən BDU-da çalışıb. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının professorudur. /olay.az/