Dünya şokda: Ölülərlə danışmaq mümkün olacaq - Artıq texnologiya hazırdır
    • 10-01-2023, 20:07
    • 209

Dünya şokda: Ölülərlə danışmaq mümkün olacaq - Artıq texnologiya hazırdır

Cənubi Koreya şirkəti tərəfindən hazırlanan texnologiya ilə insanlar həyatını itirən yaxınları ilə görüntülü söhbət edə biləcəklər. Çoxları yeni texnologiyanı “dəhşətli hadisə” kimi təsvir etsə də, istehsalçı onların layihəsinin insanların kədərlənmə prosesini asanlaşdıracağını iddia edir.

Bu, elmi fantastika filmi kimi səslənsə də, Cənubi Koreyada olan proqram şirkəti insanları ölmüş yaxınları ilə ünsiyyət qurması üçün qeyri-adi layihəyə başlayıb.

Seulda yerləşən “DeepBrain AI” şirkəti vəfat etmiş insanların video görüntüləri, audio yazıları və fotolarından istifadə edərək virtual profil yaradır.



Süni İntellektlə yaradılan görüntü həyatını itirən insanların səsini və mimikasını təqlid etməklə yanaşı, qarşısındakı insanın suallarını da cavablandırır, hətta xatirələrini də danışır.

Şirkət ilk dəfə Las-Veqasda keçirilən İstehlak Elektronikası Sərgisində təqdim edilən layihənin insanların kədərlənmə prosesini asanlaşdıracağını iddia edir. Bununla belə, layihəyə reaksiyalar var.

Bəzi insanlar mərhum yaxınlarını yenidən onların qarşısında görmək fikrinin “dəhşətli” olacağını düşünür. Digərləri deyirlər ki, şirkət insanların dərdindən istifadə edərək qazanc əldə edir və bu, qeyri-etikdir. 

“DeepBrain AI2 biznes inkişafı üzrə meneceri Cozef Merfi təqdim etdikləri xidmətin “mübahisəli” olduğunu etiraf edir: “İnsanların çoxu bunu qeyri-real hesab etsə də, bəziləri əbədi olaraq belə yaşamaq fikrini sevirlər”.



Layihənin sağlıqlı xatırlanmaq istəyən ölümcül xəstəliyi olanlar üçün əla fürsət olduğunu ifadə edən Merfi bildirib ki, insanlar öldükdən sonra da sevdiklərinin onları yaxşı və sağlam olaraq xatırlamasını istəyirlər. Bu texnologiya ilə insanlar öldükdən sonra öz fikirlərini çatdıra bilirlər, sevdiklərinə mesajlar göndərir və xatirələrini bölüşürlər”.

İnsanlar itirdikləri yaxınları ilə yenidən danışmaq imkanı verən virtual söhbət imtiyazından yararlanmaq hər dəfə orta hesabla 1200 dollara başa gəlir. Profil yaratmaq 12 000-20 000 dollar arasındadır. Bununla belə, şəxs virtual profilin düzgün yaradılması üçün şirkətə kömək etməlidir. Süni intellektin necə səs verdiyinizi və hərəkət etdiyinizi öyrənmək üçün kamera qarşısında orta hesabla yeddi saat vaxt sərf etməlisiniz.
Xidmət ABŞ və Asiyada mövcuddur. Yaxın gələcəkdə Böyük Britaniyada istifadə olunacağı gözlənilir. /Teleqraf.com/