Gələn həftə hava necə olacaq? - PROQNOZ
    • 14-01-2023, 17:15
    • 156

Gələn həftə hava necə olacaq? - PROQNOZ

Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya News24.az -a verilən məlumata görə, əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.