Türkmənistan prezidentindən MÜHÜM QƏRAR: Atasını toxunulmaz etdi
    • 24-01-2023, 12:31
    • 160

Türkmənistan prezidentindən MÜHÜM QƏRAR: Atasını toxunulmaz etdi

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov atası Qurbanqulu Berdiməhəmmədovu toxunulmaz şəxs elan edib.

News24.az xəbər verir ki, bununla bağlı ölkə przidenti toxunulmazlıq haqqında qanun imzalayıb. 

“Türkmən xalqının ümummilli lideri haqqında” qanuna görə, Qurbanqulu Berdiməhəmmədov və onun ailə üzvləri toxunulmazlıq statusuna malikdir.
Onun dövlət tərəfindən mühafizə ediləcəyi də qanunda öz əksini tapıb. Bundan başqa, dövlət onu mənzillə, avtomobillə, tibbi xidmətlərlə və s. təmin edəcək.

Aynurə