Helikopter qəzaya uğradı - ÖLƏN VAR
    • Bu gün, 15:40
    • 64

Helikopter qəzaya uğradı - ÖLƏN VAR

Nepal Mülki Aviasiya İdarəsinin verdiyi açıqlamaya görə, Katmandu Beynəlxalq Hava Limanından havaya qalxan helikopter havaya qalxdıqdan 3 dəqiqə sonra qüllə ilə əlaqəni kəsib.

News24.az xəbər verir ki, yerli hakimiyyət nümayəndələri Katmandu şəhərinin şimalında, dağlarda qəzaya uğrayan helikopterin qalıqları arasından biri qadın olmaqla 5 nəfərin cəsədi çıxarıldığını bildiriblər.

Həyatını itirən 4 sərnişinin Çin vətəndaşı, pilotun isə Nepal vətəndaşı olduğu açıqlanıb.

Məryəm İlhamqızı