İsraildən yeni təxliyə əmri
    • Bu gün, 14:30
    • 78

İsraildən yeni təxliyə əmri

İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsi üçün yeni təxliyə əmri verib.

News24.az xəbər verir ki, ordu sözçüsü Aviçay Adraee təxliyə əmri ilə bağlı verdiyi açıqlamada, “Beyt Hanun bölgəsi, Manshiyya və Şeyx Zayed məhəllələrindəki hər kəsə və bölgədəki sığınacaqlardakı köçkünlərə müraciət. Həmas və terror təşkilatları sizin bölgədən İsrail dövlətinə raket zərbələri endirirlər. Onlara qarşı dərhal və sərt tədbirlər görəcək” deyib.

Bəyanatda qeyd olunub ki, bölgə sakinləri öz təhlükəsizlikləri üçün dərhal Qəzza şəhərinin mərkəzindəki məlum sığınacaqlara təxliyə edilməlidir.

Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi (UNRWA) insanların hər gün verilən evakuasiya əmrləri səbəbiylə yorğun olduğunu bildirib və bu ifadələrdən istifadə edib:

“Demək olar ki, hər gün yeni evakuasiya əmrləri verildiyi üçün Qəzzada ailələr köçkünlüklə üzləşməyə davam edir. Dəfələrlə köçmək məcburiyyətində qalan və daimi hücum və bombardman təhlükəsi altında olan insanlar taqətdən düşürlər. Getməyə heç bir yer qalmadı və heç bir yer təhlükəsiz deyil.

Açıqlamada Qəzzanın dərhal atəşkəsə ehtiyacı olduğu vurğulanıb və davamlı hərbi əməliyyatların ortasında ailələrin gedəcək yerləri olmayan məcburi köçkün olduqları bildirilib.

Günel Məlikzadə