” ”Maşın şou”ya gücüm qalmayıb” - Murad Dadaşov
    • 31-01-2023, 12:42
    • 359

” ”Maşın şou”ya gücüm qalmayıb” - Murad Dadaşov

"Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov ölkənin ən reytinqli verilişlərindən olan “Maşın” şounun yenidən başlaması haqqında yayılan xəbərlərdən danışıb. 

Murad Dadaşov News24.az-a açıqlamasında qeyd edib ki, layihəni etmək üçün nə gücü, nə də vaxtı var: 

“Hazırda televiziyaya baxan azdır. Işimə məsuliyyətlə yanaşıram, televiziyaya baxanların yaşını nəzərə alıram. “Maşın şou” çox fərqli layihədir. Bu gün “Maşın şou”nu etməyə nə gücüm qalıb, nə də vaxtım var. Televiziyanın prodüserləri layihə üçün müraciət edirlər. Bəlkə nə vaxtsa, layihəni  yenidən başlayarıq. Amma aparıcısı mən olmaram. “Maşın şou”nu aparacaq çox istedadlı aparcılar var”.  

Qeyd edək ki, sonuncu dəfə 2019-cu ildə ATV-də yayımlanan şounun qalibi Suna Kasımoğlu olmuşdu.

Könül İBRAHİM