Güləşçilərimiz finala YÜKSƏLDİ
    • 1-02-2023, 18:45
    • 143

Güləşçilərimiz finala YÜKSƏLDİ

Azərbaycanın sərbəst güləşçiləri Əliabbas Rzazadə və Hacı Əliyev Xorvatiyada start götürən "Zaqreb Open"də finala yüksəlib.

News24.az xəbər verir ki,  57 kq-da mübarizə aparan Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Yuto Nişuçi olacaq.

70-da çıxış edən Əliyev isə 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib. O, həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkəcək.