“YAŞAT” daha iki qazinin əməliyyat xərclərini qarşıladı
    • 10-02-2023, 11:40
    • 120

“YAŞAT” daha iki qazinin əməliyyat xərclərini qarşıladı

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

Bu barədə News24.az-a "YAŞAT" Fondundan bildirilib.

Qeyd edilib ki, müharibə əlili Elnur Səmədovun və Səbuhi Eyvazovun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Qazilərin bundan öncə də müalicələrinə dəstək göstərilib və məişət şəraitləri yaxşılaşdırılıb.