Saakaşvilinin yeni görüntüləri paylaşıldı - VİDEO
    • 15-02-2023, 16:28
    • 133

Saakaşvilinin yeni görüntüləri paylaşıldı - VİDEO

Gürcüstanın Xüsusi Penitensiar Xidməti həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan görüntülərini paylaşıb.

News24.az xəbər verir ki, qurum videonun paylaşılmasında məqsədin ictimaiyyətin obyektiv şəkildə məlumatlandırılması olduğunu bəyan edib.

Bəyanatda bəzi media orqanlarının Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı ictimaiyyətdə çaşqınlıq yaratmaq, onun elementar fiziki fəaliyyətləri bacarmaması, köməksiz gəzə bilməməsi kimi yanlış təsəvvürlər formalaşdırmaq məqsədilə görüntülər yaydığı qeyd olunub.

Əlavə olunub ki, bunda məqsəd qarışıqlıq yaratmaq və ölkənin müsbət imicinə xələl gətirməkdir.

“İctimaiyyətin obyektiv şəkildə məlumatlandırılması məqsədilə biz yayılan xəbərlərin doğru olmadığını aydın şəkildə göstərən bəzi video görüntüləri paylaşırıq”, - bəyanatda qeyd olunub.