Məşhur reperin qatilinə 60 illik həbs cəzası - FOTO
    • 23-02-2023, 09:06
    • 114

Məşhur reperin qatilinə 60 illik həbs cəzası - FOTO

Los-Anceles məhkəməsi reper Nipsi Hasselin qatili Erik R. Holderlə bağlı qərar qəbul edib.

News24.az xəbər verir ki, cinayət 2019-cu ilin aprelində sənətçinin mağazasının yaxınlığında törədilib.

Nipsi və Erik təsadüfən bir-biri ilə qarşılaşıb və bir qədər söhbət etdikdən sonra ayrılıblar.

Lakin 10 dəqiqə sonra Erik geri qayıdıb və reperə təxminən 10 dəfə atəş açıb. Həmin şəxs təsadüfən yoldan keçən iki nəfəri də yaralayıb. Nipsi hadisə yerində dünyasını dəyişib.

Holderin müdafiəçisi onun ruhi xəstəlikdən əziyyət çəkdiyini və Hasslı öldürməyi planlaşdırmadığını bildirib. Lakin cinayətkar cəzadan yaxa qurtara bilməyib.

Fevralın 22-də məhkəmə sənətçinin qatilinə hökm oxuyub. Erik 60 il müddətinə həbs edilib. /Ren Tv/

Teymur MƏMMƏDOV