Keçmiş arvadının üstünə QAYNAR SU TÖKDÜ - FOTOLAR
    • 25-02-2023, 10:47
    • 129

Keçmiş arvadının üstünə QAYNAR SU TÖKDÜ - FOTOLAR

Türkiyənin Hatay şəhərində zəlzələdən sonra ərinin evinə sığınan qadın dəhşət yaşayıb.

News24.az xəbər verir ki, 25 yaşlı Alev Altun doqquz il evli olduğu və doqquz ay əvvəl boşandığı Savaş Altunun evinin zəlzələyə daha dayanıqlı olduğunu düşündüyü üçün dörd və iki yaşlı uşaqları ilə onun evində qalmağa qərar verib.
 
O yatdığı zaman keçmiş əri onun üzərinə qaynar su töküb. Ağrıdan oyanan qadın uşaqlarını da götürüb atasının evinə qaçıb. O, yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə olunur. Hadisəni törədən Savaş Altun polis nəzarətinə alınıb.
 
O, ifadəsində deyib ki, əlində olan qaynar su yeraltı təkanlar nəticəsində qadının üstünə tökülüb. S.Altun məhkəmə zalında həbs edilib.