Ölkəyə alt paltarında narkotik KEÇİRMƏK İSTƏDİ - FOTO
    • 7-10-2019, 18:55
    • 755

Ölkəyə alt paltarında narkotik KEÇİRMƏK İSTƏDİ - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli apardığı üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata  görə, şifahi sorğu-sual zamanı xanım vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın alt paltarında 3 ədəd bükümdə çəkisi 23 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 136 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Res