USD 1.7
EUR 1.9066
TRY 0.2519
RUB 0.0248
  • Bakı 24°C
  • ŞUŞA 21°C
  • GƏNCƏ 31°C
  • LƏNKƏRAN 26°C
  • ŞƏKİ 31°C
  • QUBA 22°C
  • NAXÇIVAN 34°C

Sərxoş sürücülər saxlanıldı – Bakıda reyd

KRİMİNAL

Mətn ölçüsü

Bakının mərkəzi yerləri ilə yanaşı Sabunçu, Xəzər, Xətai və Pirallahı rayonlarında ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi profilaktik-maarifləndimə tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirlər zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri, həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan avtomobillərin sahibləri ilə də profilaktik söhbətlər aparılıb.

Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib.

Polis əməkdaşları tərəfindən Xəzər rayonunda keçirilən analoji tədbir zamanı sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri barədə məlumat verilib.

Həmçinin sərxoş halda avtomobil idarə edən sürücülər də saxlanılıb. Belə sürücülər barəsində də qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib edilib avtomobillər isə müvəqqəti mühafizə olanan duracağa yerləşdirilib.

Xəbəri paylaş: