Donald Tramp argentinalı həmkarını tərcüməsiz başa düşüb
    • 30-11-2018, 17:40
    • 774

Donald Tramp argentinalı həmkarını tərcüməsiz başa düşüb

ABŞ Prezidenti Donald Tramp argentinalı həmkarı Maurisio Makri ilə Buenos-Ayresdəki Prezident İqamətgahında jurnalistlərlə qısa görüş zamanı sinxron tərcümədən narazı qalıb.

TASS xəbər verir ki, M.Makri nitqini qurtaranda D.Tramp əlindəki sinxron tərcümə cihazını yerə atıb həmkarına xitabən “sənin dediyini bununla yox, elə öz dilində daha yaxşı başa düşdüm. Amma hər şey qaydasındadır" deyib.
Xatırladaq ki, hər iki dövlət başçısı Buenos-Ayresdə bu gün başlayan G20 zirvə görüşündə iştirak edir.