Araz marketdən ciyər aldı, qurdlu çıxdı- FOTO-VİDEO - YENİLƏNİB - AÇIQLAMA
    • 30-04-2019, 18:04
    • 2 080

Araz marketdən ciyər aldı, qurdlu çıxdı- FOTO-VİDEO - YENİLƏNİB - AÇIQLAMA

Məsələ ilə bağlı Araz Marketlər şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Billurə Əmirova News24.az-a açıqlama verib: "Müştərimizin belə bir halla qarşılaşmasına təəssüflənirik.

Məlumat üçün bildirim ki, sözügedən məhsul tədarükçü tərəfindən təmin edilir. Gündəlik yenilənən məhsuldur. Toyuq ciyəri sabaha qalmır, bir gün ərzində istehlak olunur. Müştərimiz onu alanda üzərində qurd olmayıb, ürəyini kəsəndə içərisindən qurd çıxıb. Məsələ mütləq araşdırılacaq, artıq bu barədə tədarükçü şirkət də məlumatlıdır".

***** 
15:56


“Araz marketdən alınan ciyərin içərisindən qurd çıxıb”.

Bunu News24.az-a müraciət edən oxucularımızdan biri deyib. 

Onun sözlərinə görə, dünən Masazır ərazisindəki Araz marketdən ciyər alıblar. Evə gətirdikdən sonra görüblər ki, ciyərin içərisi qurdla doludur. 
Gördüklərini videoya çəkib sosial şəbəkədə paylaşan oxucu bundan hər kəsin xəbər tutmasını istəyir: “Biz ciyəri geri qaytardıq. Amma istəyirəm ki, bunu hər kəs bilsin. Həmin mağazalardan nəsə aldıqda diqqətli olsunlar.