“TRT Haber” zəlzələ bölgəsinə könüllü gedən azərbaycanlı həkimdən MÜSAHİBƏ ALDI
    • 27-02-2023, 12:48
    • 156

“TRT Haber” zəlzələ bölgəsinə könüllü gedən azərbaycanlı həkimdən MÜSAHİBƏ ALDI

Türkiyənin “TRT Haber” saytı Azərbaycan əsilli həkim Elvin İzazadə ilə söhbətləşib.

Könüllü olaraq zəlzələ bölgəsinə gedən həkimlərdən olan E.İzazadə tibbi yardım göstərmək üçün 2020-ci ildə Qarabağ müharibəsində də xidmət edib.

“Mən azərbaycanlıyam, orada doğulmuşam, Türkiyəyə ixtisas təhsili üçün gəlmişəm, amma Türkiyə mənim ikinci vətənim deyil, Azərbaycan kimi bura da vətənimdir. Heç bir ayrı-seçkilik etmədən sevincinə sevinirik, kədərinə kədərlənirik”, - deyə o bildirib.