"İrana qarşı son dərəcə yüksək hazırlıq vəziyyətindəyik"
    • Dünən, 23:00
    • 129

"İrana qarşı son dərəcə yüksək hazırlıq vəziyyətindəyik"

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrail hökumətindən açıqlamalar gəlib.

News24.az xəbər verir ki, İsrail hökumətinin sözçüsü Eylon Levi deyib ki, onlar İranın cavab tədbirinə qarşı son dərəcə yüksək hazırlıq vəziyyətindədirlər.

Hücuma görə hələ ki, İsrail rəsmi olaraq məsuliyyəti üzərinə götürməyib, lakin hökumətin mətbuat ofisi bu gün Facebook hesabında Haniyənin alnında “aradan çıxarılıb” yazılan şəklini paylaşıb.

İsrailin İrs naziri Amihai Eliyahu "Haniyenin ölümü dünyanı yaxşılığa doğru dəyişəcək" deyib.

İsrail ordusu isə İsrail vətəndaşlarının təhlükəsizliyində heç bir dəyişiklik olmadığını bildirib.

Açıqlamada, “Hazırda ordu vəziyyətin qiymətləndirilməsi aparır. Hər hansı dəyişikliklə bağlı qərar qəbul edilərsə, dərhal ictimaiyyətə məlumat verəcəyik”.

Günel Məlikzadə