Müdafiə Nazirliyinin tibbi personalının bir qismi Kahramanmaraşdan qayıdır - FOTO
    • 27-02-2023, 22:43
    • 140

Müdafiə Nazirliyinin tibbi personalının bir qismi Kahramanmaraşdan qayıdır - FOTO

Türkiyədə zəlzələnin baş verdiyi ilk gündən Kahramanmaraş şəhərində olan Azərbaycan Müdafiə Nazirliyinin tibbi personalının bir qismi Azərbaycana qayıdır.

News24.az -ın xəbərinə görə, bu barədə Azərbaycanın İstanbuldaki Baş konulu Nərminə Mustafayeva “Twitter“ hesabında məlumat paylaşıb.

O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçiləri İstanbul Hava limanından yola düşən həkimlərimizə təşəkkür edərək xatirə lövhəsi hədiyyə edib.