ABŞ və Britaniya Ərdoğanın Putinlə Zelenski arasında görüş təşkil etməsinə mane olur
    • 6-03-2023, 09:56
    • 108

ABŞ və Britaniya Ərdoğanın Putinlə Zelenski arasında görüş təşkil etməsinə mane olur

ABŞ və Britaniya hakimiyyəti münaqişənin mümkün qədər uzun sürməsində maraqlı olduqları üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında görüş təşkil etməsinə qarşı çıxıblar.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan deyib.

"ABŞ və Böyük Britaniya Zelenski ilə Putinin Ərdoğanla görüşməsini, onların birlikdə fotosunun olmasını istəmirlər. Onlar müharibənin mümkün qədər uzanmasını istəyirlər. Ukraynalıların gələcəyini, sülhü düşünmürlər”- deyə Türkiyə nümayəndəsi bildirib.

O, Ərdoğan hər iki tərəfin prezidentləri ilə əlaqə saxlayan yeganə prezident olduğunu və bunun sayəsində onların görüşünü təşkil edə biləcəyəni əminliklə vurğulayıb: "Bu cür danışıqlar atəşkəslə nəticələnəcək və bubnla da diplomatik vasitələrlə kompromis əldə ediləcək". 

Teymur MƏMMƏDOV