Siyəzəndə avtomobil təmiri sexi yandı
    • 2-08-2022, 01:00
    • 395

Siyəzəndə avtomobil təmiri sexi yandı

Siyəzəndə avtomobil təmiri sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a daxil olan məlumata görə, ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. 

Sexin qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.