Orlando Bloom Zelenski ilə görüşdü
    • 27-03-2023, 12:26
    • 247

Orlando Bloom Zelenski ilə görüşdü

Məşhur aktyor Orlando Blum Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

News24.az xəbər verir ki, Ukraynada səfərdə olan britaniyalı aktyor "UNICEF"-in xoşməramlı səfiri kimi ukraynalı uşaqlar üçün humanitar və infrastrukturun yenidən qurulması layihələrini dəstəkləyəcək. 

Bu barədə Ukrayna Prezidentinin Ofisindən verilən açıqlamada qeyd edilib. 

Bildirilib ki, Blum Ukraynaya səfəri zamanı Kiyev və İrpin şəhərlərini, eləcə də Demydiv kəndini ziyarət edib.

O, Zelenski ilə görüşündə, hərbi əməliyyatlara baxmayaraq güclü qalan ukraynalıların cəsarət və dözümlülüyünə heyran qaldığını vurğulayıb. /Haber Global/

Teymur MƏMMƏDOV