Xalq artisti İrana Tağızadə ilə vida mərasimi keçirilir - FOTOLAR
    • 10-04-2023, 12:15
    • 324

Xalq artisti İrana Tağızadə ilə vida mərasimi keçirilir - FOTOLAR

Təzəpir məscidində Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə ilə vida mərasimi keçirilir.

News24.az report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, İ.Tağızadə ötən gün səhər saatlarında vəfat edib.