Döyüşdən imtina edən azərbaycanlılar güllələndi
    • 15-04-2023, 00:38
    • 279

Döyüşdən imtina edən azərbaycanlılar güllələndi

İşğal altında olan Donetskdə rusiyapərəst silahlılar Rusiyanın tərəfində döyüşməkdən imtina edən iki azərbaycanlını güllələyiblər.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynada olan Baku TV müxbiri Mübariz Aslanov məlumat verib.

“Separatçı rejim azərbaycanlıları da səfərbərliyə cəlb etmək istəyirdi. Nəticədə müharibəyə getmək istəməyən Şamil Həsənov və Teymur Cumyev güllələnib”, - o qeyd edib.

O, cəbhədəki vəziyyətin təfərrüatını da çatdıraraq, ötən gecə Ukraynanın şərq və cənub vilayətlərində döyüşlərin intensivləşdiyini qeyd edib.