Tərtərdə 43 yaşlı kişi minaya DÜŞDÜ
    • 18-04-2023, 17:54
    • 262

Tərtərdə 43 yaşlı kişi minaya DÜŞDÜ

Tərtər rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 2023-cü il 18 aprel tarixində Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Partlayış nəticəsində 1980-ci il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.