Kanadada dövlət qulluqçuları etiraz aksiyası keçirir
    • 19-04-2023, 12:28
    • 140

Kanadada dövlət qulluqçuları etiraz aksiyası keçirir

Kanadada dövlət idarələrində çalışan 155 min dövlət məmuru hökumətlə həmkarlar ittifaqı arasında aparılan danışıqlarda razılığa gələ bilmədikdən sonra tətilə çıxıb.

News24.az
xəbər verir ki, Kanada İctimai Xidmətlər Assosiasiyasının rəhbəri Kris Aylvard üzvlərinin tətilinin bu gün yerli vaxtla saat 12.01-dən başladığını bildirib.

Ölkə daxilində 250-dən çox tətil xətti quracaqlarını bildirən Aylvard müzakirə edilən məsələlərin ictimaiyyətə açıqlamayacağını bildirib. O, əsas məsələlər həll olunana qədər birliyin tətilin davam edəcəyini bildirib.

Qumral Əliyeva