Şəhid anası vəfat etdi - FOTO
    • 25-04-2023, 11:59
    • 219

Şəhid anası vəfat etdi - FOTO

Şəhid Ayhan Haqverdiyevin anası İntizar Haqverdiyeva dünyasını dəyişib. 

News24.az Faktmedia.az-a istinadla xəbər verir ki, şəhidin bacısı bildirib ki, anası övlad itkisinə dözməyərək ürəyi dayanıb.

Qeyd edək ki, Ayhan Haqverdiyev 2020-ci il oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün gedən Vətən müharibəsində şəhid olub.