Buludlar antibiotiki əvəz edəcək - YENİ TƏDQİQAT
    • 2-05-2023, 12:45
    • 155

Buludlar antibiotiki əvəz edəcək - YENİ TƏDQİQAT

Kanadalı və Fransalı tədqiqatçılar buludların antibiotiklərə davamlı olan bakteriyaları uzun müddət daşıdığını aşkar ediblər.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, “Science of The Total Environment” elmi jurnalında dərc olunan yeni məqalə bulud nümunələrində tapılan bakteriyaları araşdırıb və onların arasında antibiotikə davamlı genlərin olduğunu müəyyən edib.

Nümunələr 2019-cu ilin sentyabrından 2021-ci ilin oktyabrına qədər Fransanın mərkəzində sönmüş vulkan olan "Puy de Dome" zirvəsinin üstündəki atmosfer tədqiqat stansiyasından əldə edilib.

Stansiya işçiləri nümunələri dəniz səviyyəsindən ən azı 1465 metr yüksəklikdən toplayıblar. Nümunələrin təhlili buludlu suda hər millilitrdə orta hesabla 8000 bakteriya aşkar edib.

Dərmanlara qarşı müqavimətin yeni xəstəliklərdə mühüm rol oynadığını və insan sağlamlığı üçün böyük risk yaratdığını xatırladan mütəxəssislər antibiotiklərdən istifadənin qarşısını almaq lazım olduğunu vurğulayıblar. Çünki dərman bir çox təhlükəli infeksiyaların müalicəsini çətinləşdirir, bəzi hallarda isə qeyri-mümkün edir.

Aynurə