Kosmosdakı böyük təhlükə: Hər an üstümüzə  “saatlı bomba” düşə bilər
    • 9-05-2023, 15:43
    • 394

Kosmosdakı böyük təhlükə: Hər an üstümüzə “saatlı bomba” düşə bilər

ABŞ-da yerləşən "LeoLabs" texnologiya şirkəti kosmik tullantıların ölçüsünü aşkar edən və real vaxt rejimində işləyən interaktiv xəritə yaradıb. Xəritədə İlon Maskın "Starlink" peyklərindən tutmuş köhnə Rusiya, Çin raket itəyicilərinə və əvvəlki toqquşmaların qalıqlarına qədər bir çox detallar var.
 
"LeoLabs" aşağı Yer orbitini izləmək üçün biri Alyaskada, biri Texasda, ikisi Yeni Zelandiyada və ikisi Kosta-Rikada yerləşən mərhələli massiv radarlarından istifadə edir. Bu, şirkətə müşahidə zonasından keçən istənilən obyekti izləməyə və ölçməyə imkan verir. "LeoLabs"ın izləmə sistemi diametri 2 sm-ə qədər olan obyektləri də aşkar edə bilir.



Digər tərəfdən, "LeoLabs" kosmosdakı zibillərə ən çox cavabdeh olan ölkənin ABŞ olduğunu açıqlayıb. Şirkətin məlumatına görə, ABŞ-ın aşağı Yer orbitində raket gövdələri və digər zibillərdən ibarət 8497 obyekti var. ABŞ-ı 4 min 836 obyektlə Rusiya, 4 min 47 obyektlə Çin izləyir.

Digər tərəfdən "Harvard-Smithsonian" Astrofizika Mərkəzinin astrofiziki Jonathan McDowell onları "saatlı bombalara bənzədərək, kosmosdakı dağıntıların bir-biri ilə toqquşması və ya yerə düşməsi nəticəsində partlaya biləcəyini və bunun insanlara zərər verə biləcəyini qeyd edib. O həmçinin bildirib ki, "Long March 5B" itələyiciləri (Çin istehsalı) çox böyük olduqları üçün onlar "ən narahatedici" raketlər sırasındadır.



Çinin raketlərinin problemi ölkənin fırlatma prosesinin riskli dizaynından qaynaqlanır. Adətən, buraxılmış raket pillələri havaya qalxdıqdan qısa müddət sonra suyun üstündən atmosferə yenidən daxil olur və orbitə çıxmır. Lakin "Long March 5B" raketi bunu edir.

NASA tərəfindən Çin Kosmik Agentliyinə beynəlxalq normalarda olduğu kimi, raktetlər yenidən atmosferə daxil olduqda daha kiçik hissələrə parçalanacaq dizaynlar etmək barədə çağırış edilib. Lakin Pekin əvvəllər məsuliyyətsizliklə bağlı ittihamları rədd edib. Çin Xarici İşlər Nazirliyi isə yerdə hər hansı bir obyektə və ya hər hansı şəxsə zərər vurma ehtimalının “son dərəcə aşağı” olduğunu söyləyib.