"Heydər Əliyev prokurorluğun fəaliyyətinə daim xüsusi diqqət yetirib" - Kamran Əliyev
    • 10-05-2023, 11:15
    • 252

"Heydər Əliyev prokurorluğun fəaliyyətinə daim xüsusi diqqət yetirib" - Kamran Əliyev

Biz bu gün Heydər Əliyevin 100 illiyini qeyd edəndə birinci növbədə onun prokurorluğa daim göstərdiyi diqqət yadımıza düşür.

News24.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. 

"Xatırlayırıq ki, məhz ulu öndər Heydər Əliyev bütün dövlət qurumları arasında prokurorluğun fəaliyyətinə daim xüsusi diqqət yetirib. Onun bununla bağlı məşhur çıxışları var. 3 oktyabr 1994-cü ildə prokurorluğun inzibati binasına silahlı basqından sonra Azərbaycan xalqına müraciəti olmuşdu. 1998-ci ildə prokurorluğun 80 ilkiyində, 2000-ci ildə məşhur 26 aprel iclasındakı nitqində və bütün çıxışlarında prokurorluğun mühüm dövlət hadisəsi olmasını qeyd etmişdir. Prokurorluğun bugünkü müasir fəaliyyəti üçün ulu öndərə minnətdarıq. Prokurorluq bu gün də daim Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs üzrə öz fəaliyyətini davam etdirir. Onun tərəfindən müəyyən edilmiş prokurorluğun dövlət qurumlarında, cəmiyyətdə yeri və rolu konstitusiyamızda da əksini tapıb, prokurorluq haqqında qanun layihələri hazırlanaraq qəbul edilib. Prokurorluq daim dövlətə və dövlətçiliyə, öz xalqına və cəmiyyətə qulluq edəcək", - Kamran Əliyev qeyd edib.

Turan