Olimpiadanın keçirilməsinə nə mane oldu
    • Dünən, 21:10
    • 60

Olimpiadanın keçirilməsinə nə mane oldu

Olimpiadadan əvvəl çirklənmə müzakirələri ilə gündəmə gələn və Fransa hökumətinin 2015-ci ildən bu yana 1,4 milyard avro xərclədiyi Sena çayında bu gün planlaşdırılan kişilər arasında triatlon yarışı çirklənmə səbəbindən keçirilə bilməyib.

News24.az xəbər verir ki, çirklənmə səbəbindən iyulun 28 və 29-da triatlon məşqləri ləğv edilən çayda kişilər arasında keçiriləcək triatlon yarışı sabaha təxirə salınıb.

Fransa Milli Triatlon Komandasının məşqçisi Benjamin Maze France Info-ya verdiyi açıqlamada yarışın təxirə salınmasının qəzəb və məyusluq yaratdığını bildirib.

"Şübhəsiz ki, bir az qəzəb və çox məyusluq var (idmançılar arasında)". Maze, idmançıların hər hansı "qeyri-müəyyənlik" ssenarisinə hazır olduqlarını və bu vəziyyətdən mənfi təsirlənməmək üçün lazımi tədbirləri gördüklərini qeyd edib.

Günel Məlikzadə