ABŞ-ın gizli kosmos missiyası başladı
    • Dünən, 22:10
    • 53

ABŞ-ın gizli kosmos missiyası başladı

ABŞ Kosmik Sistemlər Komandanlığının (SSC) "USSF-51" missiyası rəsmən başlayıb.

News24.az xəbər verir ki, missiya çərçivəsində ABŞ-ın gizli hərbi yükünü kosmosa daşıyacaq aerokosmik mühəndislik şirkəti United Launch Alliance-a (ULA) aid Atlas V raketi ABŞ-ın Florida əyalətindəki Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılıb. 

Son buraxılışın Atlas V raketi ilə ABŞ üçün 58-ci və sonuncu milli təhlükəsizlik missiyası olduğu açıqlanıb.

Daşınan yük və ya onun təyinat yeri barədə ətraflı məlumat paylaşılmayıb.

Qeyd edək ki, daha əvvəl orbitə ABŞ ordusuna aid rabitə peykləri və müxtəlif kosmik gəmilər göndərən şirkətin müxtəlif kommersiya müştərilərinə də xidmət göstərdiyi məlumdur.

Günel Məlikzadə