"Beşiktaş" Hasiçin növbəti satışından pay alacaq
    • Dünən, 22:00
    • 59

"Beşiktaş" Hasiçin növbəti satışından pay alacaq

Beşiktaş-da yeni mövsüm heyət planlaması istiqamətində yollarını ayırması planlaşdırılan futbolçularla danışıqlar davam edir.

News24.az xəbər verir ki, bu futbolçulardan biri də Bosniya və Herseqovinadan olan Ajdin Hasiçdir. Danışıqlar nəticəsində qara-ağlı menecerlər 22 yaşlı futbolçu ilə ortaq nöqtəyə gəlib.

"Beşiktaş" Ajdin Hasiçi transfersiz buraxıb.

Lakin Hasiçin yeni klubu növbəti satışdan ağ-qara kluba pay ödəyəcək.

Qeyd edək ki, Bosniya və Herseqovinadan olan futbolçunun yeni komandası bir neçə gündən sonra bəlli olacaq.

Günel Məlikzadə