Sabunçuda evdən və mağazadan oğurluq edən qadın tutuldu
    • 12-05-2023, 12:33
    • 191

Sabunçuda evdən və mağazadan oğurluq edən qadın tutuldu

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə ayrı-ayrı vaxtlarda rayon ərazisindəki bir mağazadan və bir evdən ümumilikdə 6200 manat pul, 1800 manat dəyərində geyim və məişət əşyaları oğurlanması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, oğurluqda şübhəli bilinən Yevlax rayon sakini H.Bəkirova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.