Kremldən Türkiyədəki seçkilərə REAKSİYA
    • 15-05-2023, 14:24
    • 147

Kremldən Türkiyədəki seçkilərə REAKSİYA

Ankara və Moskva arasında əməkdaşlığın dərinləşəcəyini və genişlənəcəyini düşünürük.

News24.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dimitri Peskov Türkiyədəki seçkilərlə bağlı sualları cavablandırarkən deyib. 

O, seçkiləri diqqətlə izlədiklərini bildirib: "Rusiya və Türkiyəni enerji, turizm, ticarət, kənd təsərrüfatı, avtomobil nəqliyyatı, hava nəqliyyatı və s. kimi müxtəlif sahələrdə çox geniş qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Ona görə də bu günlərdə Türkiyədən gələn xəbərləri böyük maraq və diqqətlə izləyirik. Türk xalqının seçiminə hörmətlə yanaşırıq".

Peskov əlavə edib ki, nəticədən asılı olmayaraq ikitərəfli əməkdaşlıq istənilən halda dərinləşəcək və genişlənəcək.

Qumral Əliyeva