Türkandan adını çəkən Dilarəyə REAKSİYA
    • 18-05-2023, 11:15
    • 486

Türkandan adını çəkən Dilarəyə REAKSİYA

Müğənni Türkan Vəlizadə verilişdə səsləndirdiyi mahnıda adını hallandıran həmkarı Dilarə Kazımova haqda paylaşım edib.

News24.az olay-a istinadən xəbər verir ki, sənətçi İnstaqram hekayəsində Dilarənin “El Canlı” proqramındakı ifasını paylaşaraq, “Kef eləyək, kef elə, kuklam” – deyə, yazıb.

Qeyd edək ki, Kazımova sözügedən verilişdə “Dəm olmuşam” mahnısının sözlərini dəyişdirərək, ona yaradıcı heyət tərəfindən təqdim olunan “Nəm olmuşam, Tovuzlu Şəbnəm olmuşam, neyləyim?” – deyə, oxuyub. O, həm də Türkan Vəlizadənin də adını çəkib.

Daha sonra Ş.Tovuzlu OLAY-a açıqlamasında ifaçı haqda “Dilarə Kazımova kimdir ki? Mən heç onu, elə bir müğənnini tanımıram. Dilarə o soyunan qızdır? Heç kəs məni lağa qoya bilməz. Heç kəs Şəbnəm Tovuzlu da ola bilməz” – demişdi.