-
- 2-08-2024, 23:14
- 309
Yadplanetlilərlə əlaqəyə o girəcək - AÇIQLAMA
Süni intellektdən yadplanetlilərlə təmasda vasitəçi kimi istifadə edilməsi təklif edilib.
News24.az Lent.az-a istinadən xəbər verir ki, NASA alimi İgnacio G. Lopez-Francois, süni intellekt modellərinin yadplanetli varlıqlarla ünsiyyət qurmaq üçün istifadə edilə biləcəyini söyləyib. Araşdırma "Scientific American" jurnalında dərc olunub.
Mütəxəssisin fikrincə, insan və insan dili planetimiz haqqında məlumatları yerdən kənar sivilizasiyaların sakinlərinə çatdırmaq üçün çox məhduddur. Alim yadplanetlilərlə təmasda olmaq üçün süni intellektlə kiçik dil modellərindən (SLM) istifadə etməyi təklif edib. Bu insanlar və digər planetlərdən gələn canlılar arasında vasitəçi rolunu oynayacaq.
Alim hesab edir ki, insan digər həyat formalarının nümayəndələri tərəfindən düşmənçiliklə qəbul edilə bilən məlumatları və niyyətlərini səhv çatdıra bilər. Mütəxəssis süni intellekti mümkün təmas halında etibarlı elçi adlandırıb.
Materialda deyilir ki, SLM lazer rabitəsindən istifadə etməklə uzun məsafələrə göndərilə bilər. Lopez-Fransuanın sözlərinə görə, Llama-3-70B modelinin ölçüsü təxminən 130 giqabaytdır, lakin kvantlaşdırmadan istifadə etməklə onu bir neçə giqabayta qədər sıxışdırmaq olar. Mütəxəssislərin hesablamalarına görə, bizə ən yaxın ulduz sistemi olan Alfa Centauriyə kiçik süni intellekt dili modelinin göndərilməsi 20 il çəkəcək.