Kitabxananı su basdı: Üç aspirant boğularaq öldü
    • Dünən, 23:58
    • 67

Kitabxananı su basdı: Üç aspirant boğularaq öldü

Hindistanın paytaxtı Yeni Dehlidə üç aspirant su basmış kitabxanada boğulub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Kitabxana tədris mərkəzinin zirzəmisində yerləşirmiş. Biometrikadan istifadə etməklə giriş-çıxış mümkün olub, lakin yağış səbəbindən sistem sıradan çıxıb. Üç nəfər otaqda qalıb və su bir neçə dəqiqə ərzində qalxıb.

Xilasedicilər gələn zaman aspirantlar artıq ölmüşdülər. KİV qeyd edir ki, bina şəhərin mərkəzində yerləşir, yaxınlıqda biometrik məlumatların daxil edilməsini tələb edən bir çox başqa təşkilatlar var. Faciənin təkrarlanması ehtimalı var.

Polis araşdırma aparır və mərkəzin rəhbərliyi həbs edilib.