Türkiyə aviaşirkətləri Tehrana uçuşları ləğv edib - TƏCİLİ
    • Bu gün, 01:02
    • 754

Türkiyə aviaşirkətləri Tehrana uçuşları ləğv edib - TƏCİLİ

“Türk Hava Yolları” (THY) və “Ajet” aviaşirkətləri şənbəyə keçən gecə Tehrana uçuşları ləğv edib və ya vaxtını dəyişdirib.

“News24” report-a istinadla xəbər verir ki, bu barədə mülki aviasiya xəbərləri üzrə ixtisaslaşmış “HavaSosyalMedya” portalı məlumat yayıb.

Ümumilikdə, söhbət İstanbul və Ankaradan 14 uçuşdan, eləcə də geri dönüş reyslərindən gedir.

THY aviaşirkəti bəyanat yayaraq səfərlərin İsrail ilə İran arasındakı gərginlik səbəbindən müvəqqəti dayandırıldığını bildirib. Uçuşların avqustun 3-ü səhər saatlarından etibarən həyata keçirilməsi gözlənilir.