Həniyə üçün Məscidül-Əqsada qiyabi cənazə namazı qılındı
    • Dünən, 23:20
    • 50

Həniyə üçün Məscidül-Əqsada qiyabi cənazə namazı qılındı

Hər cümə günü olduğu kimi, İsrail polisi də Əl-Əqsa məscidinin də yerləşdiyi Köhnə Şəhərin ətrafına çoxlu sayda əsgər və dəmir maneələrlə yerləşdirilib. Polis cümə namazı üçün Məscidül-Əqsaya gələn fələstinlilərin kimliyini yoxlayaraq, xüsusilə gəncləri geri qaytarıb.

News24.az xəbər verir ki, Əl-Əqsa məscidinin imamı Şeyx İkrime Səbri cümə xütbəsində Haniyə üçün dua edib. Əqsadakı camaat Şeyx İkrimənin duasına təkbirlərlə cavab verib.

Şeyx İkrime Səbri cümə xütbəsindəki çıxışında "Beytül-Məqdisdə yaşayanlar və Məscidül-Əqsa minbərində olanlar İsmayıl Haniyəni Allah qatında şəhid olaraq qəbul edirlər. Allah ona rəhmət eləsin" dedi.

Cümə namazından sonra “bütün İslam dünyasının şəhidləri” üçün qiyabi cənazə namazı qılınıb.

İsrail polisinin qadağalarına baxmayaraq, 30 min müsəlman cümə namazını Əl-Əqsa məscidində qılıb.

Günel Məlikzadə