Öncə özü, bir saat sonra isə atası öldü – Futbolçunun ailəsində FACİƏ
    • 18-05-2023, 13:42
    • 291

Öncə özü, bir saat sonra isə atası öldü – Futbolçunun ailəsində FACİƏ

Ədirnə Super Həvəskarlar Liqasının komandalarından olan “Keşanspor”un U18 komandasında çıxış edən və komanda kapitanı olan Enes Bülent infarkt keçirərək dünyasını dəyişib. Kədərli xəbəri alan atası Ramazan Bülent də 1 saat sonra oğlu kimi infarkt keçirərək dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, Enes Bülent ailəsi ilə birlikdə tarlaya gedib. Tarlada işlədikdən sonra dincəlmək üçün avtomobilə tərəf gedən Enesi çağırmağa gedən ailə 18 yaşlı futbolçunun cansız bədəni ilə qarşılaşıb. Oğlunun ölüm xəbərindən sonra vəziyyəti pisləşən atası Ramazan Bülent təcili yardımla xəstəxanaya aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Ramazan Bülenti bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

Ata və oğulun ölümü “Keşanspor” ictimaiyyətində böyük kədərə səbəb olub. Klub prezidenti Nehir Gergin baş verənlərdən kədərləndiklərini ifadə edib: “Həm idman ictimaiyyəti, həm də bölgəmiz üçün çox üzücü hadisədir. Danışmaq çox çətindir. Hər kəsə başsağlığı verirəm. Allah hər kəsə səbr versin.. Bu il Enes üçün oynayacağıq”.

Turan