Qobustanda DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü
    • 22-05-2023, 10:03
    • 180

Qobustanda DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.