Sinan Oğan Ərdoğandan vəzifə istəyib? - ÖZÜ AÇIQLADI
    • 26-05-2023, 17:00
    • 220

Sinan Oğan Ərdoğandan vəzifə istəyib? - ÖZÜ AÇIQLADI

"Əgər vəzifə istəsəydim, Kılıçdaroğlu hər şeyi etməyə hazır idi".

News24.az xəbər verir ki, bunu "ATA İttifaqı"nın prezidentliyə keçmiş namizədi Sinan Oğan vəzifə istəməsi ilə bağlı iddialara cavab olaraq deyib.

"Cənab Ərdoğandan heç bir vəzifə istəmədim. Kılıçdaroğlu bunları verə biləcəyini söylədi. Dediyim kimi, ilk öncə məni razı salmalı idilər. Kılıçdaroğlu məni razı salmadı. Ərdoğandan görüş də tələb etmədim. Ərdoğanın aparat rəhbəri mənə zəng etdi, dövlət qaydalarına uyğun getdim. Bundan əvvəl cənab Ərdoğanın təyin etdiyi biri ilə görüşdüm. Heç vaxt bazarlıq olmadı. Bəzi prinsiplər irəli sürdük. Bu prinsiplər Ərdoğan tərəfindən qəbul edildi. Prinsipləri maddə-maddə müzakirə etdik", - Oğan bildirib.

Qeyd edək ki, Sinan Oğanın seçkilərin ikinci turunda AKP lideri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Ərdoğan tərəfdarları Oğanın qərarını alqışla, bəzi müxalifət nümayəndələri isə təhqirlə qarşılayıb. Onlar Oğanın bunu vəzifəyə keçmək istəməsi ilə əlaqələndirib. 

Qumral