Samir Şərifov tikiləcək məktəblərdən danışdı
    • 13-06-2023, 13:32
    • 202

Samir Şərifov tikiləcək məktəblərdən danışdı

“Qarşıdakı illərdə dövlət vəsaiti hesabına hər il Azərbaycanda 100-130 məktəbin tikintisi, əsaslı təmiri və yenidənqurulması arzuolunandır və bunun üçün müvafiq tədbirlər görüləcək”.

News24.az  xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında bildirib.

Nazir qeyd edib ki, Elm və Təhsil Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ildə nazirliyin tabeliyində olan 962 məktəbin əsaslı təmir və yenidən qurulmasına ehtiyac var: “Ötən il dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılıb və 57 məktəb tikilib, əsaslı təmir olunub. Son 5 ildə modul tipli məktəblər də nəzərə alınmaqla 415 məktəb tikilib, əsaslı təmir olunub. Bu il isə əsaslı təmir və yenidən qurulmasına ehtiyac olan məktəbərin sayı 832-ə enib”.