Vilayət Eyvazov əmr imzaladı - Yeni müavin təyin edildi
    • 15-06-2023, 14:05
    • 267

Vilayət Eyvazov əmr imzaladı - Yeni müavin təyin edildi

Sumqayıt Şəhər Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.

News24.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavidan Əlizadə tutduğu vəzifədən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisinin əməliyyat işləri müavini təyin olunub.