Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başladı
    • 17-06-2023, 10:14
    • 262

Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başladı

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Bu barədə News24.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1 440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.