“Azərbaycan dili” fənni üzrə növbəti test imtahanı keçirildi
    • 18-06-2023, 13:40
    • 186

“Azərbaycan dili” fənni üzrə növbəti test imtahanı keçirildi

Bu gün hər hansı səbəbdən 2023-cü il mayın 7-də keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər və ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirilib.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən xəbərə görə, imtahanda 1154 nəfərin iştirakı gözlənilirdi.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 112 nəzarətçi-müəllim ayrılıb, 15 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.

İyunun 19-dan başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin 1 həftə ərzində elan edilməsi nəzərdə tutulur.